"Tottenhem" icarəyə götürdüyü futbolçunu transfer etdi

29 Yanvar 2020 10:44

"Tottenhem" "Betis"dən icarəyə götürdüyü Covani Lo Çelsonu birdəfəlik alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Britaniya mətbuatı "Tottenhem"in 23 yaşlı oyunçu üçün ümumilikdə 51 milyon funt sterlinq ödədiyini yazıb.

Qeyd edək ki, Lo Çelso bu mövsüm 20 matçda oynayıb və 2 qol vurub.

Milli.Az