Trezege 90+3-də qol vurdu, "Lester" uduzdu

29 Yanvar 2020 08:52

İngiltərə Liqa Kubokunun yarımfinal oyunun cavab matçında "Aston Villa" ilə "Lester" qarşılaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun "Aston Villa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyun qolları M.Targett (12-ci dəqiqə), K.İheanaço (72-ci dəqiqə) və Trezege (90+3-cü dəqiqə) vurublar.

Xatırladaq ki, birinci oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Martın 1-i keçiriləcək final oyununda "Aston Villa" "Mançester Siti" və "Mançester Yunayted" cütlüyünün qalibi ilə qarşılacaq.

Milli.Az