Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

29 Yanvar 2020 07:44

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bu barədə açıqlama yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Manisa şəhərinin Akhisar rayonunda yerli vaxtla saat 23:10-da qeydə alınıb.

Zəlzələ ocağı 5,08 kilometr dərinlikdə yerləşib.

Milli.Az