Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub

28 Yanvar 2020 23:59

Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Lusea şəhərindən 117,4 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az