Rusiyalı deputat AŞPA sədrinin müavini seçilib

28 Yanvar 2020 22:41

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy AŞPA sədrinin müavini seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səsvermədə iştirak edən 252 deputatdan 132 nəfəri P.Tolstoyun namizədliyinin lehinə səs verib.

Milli.Az