38 yaşlı Alveşlə yeni müqavilə

28 Yanvar 2020 21:32

"Parma" futbolçusu Bruno Alveşlə müqaviləni uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü 2018-ci ildən İtaliya klubunda çıxış edir. O, bu mövsüm A Seriyasında 17 oyuna çıxıb.

Milli.Az