İranda PUA qəzaya uğradı - VİDEO

28 Yanvar 2020 18:34

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində Pilotsuz Uçan Aparat (PUA) qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu vilayətin Bavi rayonu qubernatoru Mənuçehr Vərnaseri deyib.

M.Vərnaserinin sözlərinə görə, PUA günorta saatlarında qəzaya uğrayıb.

O, hadisədə xəsarətin olmadığını deyib. Qəza barədə əlavə məlumat verilməyib.

Milli.Az