Avtomobil qəzasında ölən məşhur azərbaycanlı müğənninin oğlundan XƏBƏR VAR - FOTO

28 Yanvar 2020 17:49

Əməkdar artist Firuz Səxavət "Şou ATV"də qardaşı oğlu barədə məlumat verib.

Milli.Az xəbər verir ki, sənətçi mərhum qardaşı Səxavət Məmmədovun oğlu Bəxtiyarın ABŞ-da yaşadığını bildirib.

Xatırladaq ki, Bəxtiyar Məmmədov 1991-ci ildə avtomobil qəzasında faciəvi şəkildə dünyasını dəyişən mərhum xanəndə Səxavət Məmmədovun oğludur. Bəxtiyarın Şəhriyar adlı qardaşı da var.

8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədovun iki övladı var.

Məhəmməd Vaqif
Milli.Az