Mərkəz Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb

28 Yanvar 2020 18:10

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyev bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri dayandırmalıdır:

"Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-ün belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır".

Milli.Az