Yeni hücumçunun "Qarabağ"da ilk seçimi

28 Yanvar 2020 17:38

"Qarabağ"ın İspaniyanın "Leqanes" klubundan transfer etdiyi Ovusu Kvabenanın forma nömrəsi müəyyənləşib.

Milli.Az xəbər verir ki, qanalı hücumçu Ağdam təmsilçisində 27 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı futbolçu "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.

Milli.Az