Bu ölkədə bütün Xiaomi mağazaları bağlandı

30 Yanvar 2020 21:20

Bu gündən etibarən Xiaomi şirkətinin Çində olan bütün mağazaları bağlandı.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda şirkət rəsmiləri məlumat yayıb.

Məlumata görə, Çinin müxtəlif şəhərlərində yerləşən Xiaomi mağazalarının bağlanmasına səbəb ölkədə tüğyan edən epidemiyadır: "Əgər Çində olan vəziyyət daha da pisləşməsə, mağazalar fevral ayının 3-də yenidən fəaliyyətə başlayacaq. Bu müddət ərzində Xiaomi məhsullarını almaq istəyən şəxslər Xiaomi Mall tətbiqindən və ya şirkətin rəsmi internet səhifəsindən sifariş edə bilərlər. Çatdırılma əvvəlki rejimdə işləyəcək".

Milli.Az