TikTok-a yeni rəqib gəlir – Byte

30 Yanvar 2020 22:45

Altı saniyəlik Vine video-proqramının təsisçisi Dom Hoffman yeni layihəsi ilə gündəmə gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Dom Hoffman TikTok tətbiqinin analoqu olacaq Byte proqramı üzərində işləyir.

Məlumata əsasən, Byte tətbiqi vertikal videolardan ibarət lent şəklində nümayiş olunacaq. İstifadəçilər özünəməxsus videoları redaktə edə, yaxud tətbiqin özündə video çəkə biləcəklər.

Xatırladaq ki, Vine video-xidməti 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə tətbiq Tvitter sosial şəkəsinin tabeliyi altına keçib və fəaliyətini dayandırıb.

Milli.Az