"Mən o yolu getmirəm, o həyat tərzini seçən insanlar ..."

28 Yanvar 2020 14:47

Müğənnilər niyə ya statusuna görə, ya da toy bazarına görə dostluq edirlər?

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Hər şey daxil"də qonağı olan Gülay Zeynallıya müraciət edib.

Müğənni özünü o qəbildən olan sənətçilər sırasında görmədiyini bildirib:

"Mən o yolu getmirəm, ona görə də səbəbini bilmirəm. Kiməsə paxıllıq etməklə, kimləsə nəyinsə xatirinə dostluq etməklə insan heç bir şey qazanmır. Gərək yaxşı əməllərlə məşğul olasan ki, Allah da sənin payını versin. O həyat tərzini seçən insanlar Allahları bilsin, özləri bilsin".

Məhəmməd Vaqif
Milli.Az