Fransada 200 milyonluq villa aldı - VİDEO

29 Yanvar 2020 03:30

Ukraynanın ən varlı insanı, oliqarx Rinat Axmetov Fransada 200 milyon avro dəyərində "Les Cedres" villasını alıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, malikanə daha əvvəl Belçika kralı II Leopolda məxsus olub.

Malikanə 1870-ci ildə tikilib. O, Aralıq dənizinin sahilində Sen-Jan-Kap-Ferra kommunasında yerləşir.

1672 kv.m-lik evdə 14 yataq otağı var. Villa 14 hektarlıq ərazi ilə əhatə olunub.

Milli.Az