Təyyarə hava boşluğuna düşdü, 3 nəfər yaralandı

28 Yanvar 2020 11:59

"China Airlines" aviaşirkətinə məxsus "Airbus A330" laynerinin hava boşluğuna düşməsi nəticəsində üç heyət üzvü xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə təyyarə Yaponiyanın Naqoya şəhərində Beynəlxalq Aeroporta yaxınlaşarkən baş verib.

Hadisə vaxtı göyərtədə 313 sərnişin olub. Onlar arasında xəsarət alan yoxdur.

Təyyarə eniş etdikdən sonra yaralılar xəstəxanaya yerləşdirilib. 

Milli.Az