Bred Pit yeni sevgilisi ilə görüntülənib - FOTO

28 Yanvar 2020 11:14

Həm aktyorluğu, həm də xarizması ilə seçilən Bred Pit yeni sevgi münasibəti yaşamağa başlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, dünyaca məşhur aktyorun ən yadda qalan münasibətləri Cenifer Eniston və Ancelina Coli ilə yaşanıb. Bred keçən həftə Los-Anclesdə rəsm qalereyasında yeni bir qadınla görüntülənib.

İddia edilir ki, aktyor 30 yaşlı Aliya Şavkat ilə bir müddətdir eşq yaşayır, lakin bunu mediadan gizlədir. Aliya həm aktrisa, həm də ssenaristdir. Bred Pitin qadınlarda önəm verdiyi ilk şey özünəinamı və dünya görüşüdür. Onun sevgililərinin ortaq cəhəti hamısının özünəinamlı olmasıdır. Eyni zamanda bu qadınlar öz ayaqlarının üstündə dayana bilən və özünü inkişaf etdirmiş qadınlardır.

Milli.Az