Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı - FOTO

28 Yanvar 2020 09:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi Tvitter səhifəsində helikopter qəzasında 13 yaşlı qızı ilə birlikdə dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantla bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, basketbolçunun ölümü ilə bağlı bunları yazıb:

"Saysız-hesabsız idmançıya basketbolu sevdirən əfsanə Kobi Brayantın ölümünə görə dərin kədər hissi duyuram. Bir basketbolsevər və Türkiyə Prezidenti olaraq onun ailəsinə və sevənlərinə dərin üzüntümü çatdırır, başsağlığı verirəm".

Milli.Az