Hacıqabulda daha bir avtoqəzada piyada ölüb, sürücü qaçıb

28 Yanvar 2020 08:22

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonu, Muğan kəndi ərazisindən keçən hissəsində naməlum markalı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb və sürücü hadisə yerindən qaçıb.

Hazırda hadisə yerindən qaçan sürücünün axtarışları istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Milli.Az