Brejnevin rezidensiyası satışa çıxarıldı

28 Yanvar 2020 08:48

Ukraynanın "PrivatBank"ı Sovet İttifaqı KP MK-nın baş katibi Leonid Brejnevin rezidensiyasının da daxil olduğu inzibati-ictimai kompleksin bir hissəsini hərraca çıxarıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mülklə bağlı məlumatlar "Setam" onlayn satış sistemində yerləşdirilib.

Hərrac fevralın 4-də keçiriləcək. İlkin qiymət 97,946 milyon qrivnadır.

Kompleks Dneprin (Ukrayna) mərkəzi rayonunda yerləşdir. Onun yaxınlığında sahilyanı şəhərlər, supermarketlər, bank filialları və əyləncə müəssisələri var.

Milli.Az