İran yerli peykini buraxmaq üçün poliqon hazırlayır

28 Yanvar 2020 08:03

İran öz peykini orbitə çıxarmaq üçün meydança hazırlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi bildirib.

Nazir bildirib: "Zəfər" peykini orbitə buraxmaq üçün meydança hazırlayırıq".

Cahormi əlavə edib ki, daha beş peykin buraxılması cədvəli tərtib edilib.

Milli.Az