Çində koronavirusdan ölənlərin sayı 106-ya çatıb

28 Yanvar 2020 07:55

Çində yeni bir koronavirusdan ölənlərin sayı 106-ya yüksəlib, təxminən 1,3 min yeni infeksiyaya yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Agence France-Presse (AFP)" agentliyi bildirib.

Daha əvvəl bildirilib ki, Çində yeni bir növ pnemvmoniya xəstəliyinə tutulanların sayı 2889 nəfərə çatıb. Ölənlərin sayı 82 nəfər təşkil edib.

İnzibati-ərazi vahidləri arasında aşkar olunan xəstəliklərin sayına görə hələ də ilk yeri Hubey tutur (1423 hal) və bu əyalətin inzibati mərkəzi Vuhandır.

Milli.Az