Türkiyədə 130-a yaxın qanunsuz miqrant saxlanılıb

28 Yanvar 2020 07:45

Türkiyənin Aydın vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıqlar saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Didim rayonun sahilində patrul edən Sahil Mühafizəçiləri 3 rezin qayıq saxlayıb.

Gəmilərin göyərtəsində uşaqlar da daxil olmaqla 129 qanunsuz miqrant olub.

Miqrantlar müvafiq orqanlara göndərilib.

Milli.Az