Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

27 Yanvar 2020 17:52

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 409 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq.

Sədrin sözlərinə görə, artıq 55 492 yerli müşahidəçi akreditasiyadan keçib.

Milli.Az