Xalq artisti qızına ad günü edib - FOTO

27 Yanvar 2020 21:48

"Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Əliyev qızı Sevillə fotosunu yayımlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, nağara ifaçısı övladına ad günü edib. O, Sevilin 20 yaşı tamam olduğunu vurğulayıb.

Natiq ad günündən yayımladığı şəklə "Doğum günün mübarək, qızım: 20.01.2000" qısa şərhini yazıb.

Qeyd edək ki, N.Əliyevin Ümid adlı bir oğlu da var.

Milli.Az