Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlanılıb

27 Yanvar 2020 18:49

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsindən Milli.Az-a verilən məlumata görə, sənədlərin qəbul mayın sonuna qədər davam edəcək.

Həcc ziyarətinin qiyməti 4490 dollar olacaq. Qeyd edək ki, ötən il ziyarətin qiyməti 4285 dollar təşkil edib.

Ötən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.

Milli.Az