Dembele iki aydan sonra qayıtdı

27 Yanvar 2020 20:44

"Barselona"nın zədəli futbolçusu Usman Dembele sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu artıq komanda ilə birgə məşqlərə başlayıb.

Dembele 2019-cu ilin noyabrında, Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının qrup mərhələsinin matçında (3:1) zədələnmişdi. O, ötən il ərzində bir neçə dəfə zədələnərək vacib oyunlarda komandasına kömək edə bilməyib.

Milli.Az