Bərdədə mikroavtobus yanıb

27 Yanvar 2020 21:27

Bərdə rayonunda "Mercedes" markalı mikroavtobusun idarəetmə lövhəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az