Türkiyədə dəyəri 2,5 milyon dollar olan "Tövrat" ələ keçirilib

27 Yanvar 2020 22:49

Türkiyənin Bursa şəhərində polis əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində qədim "Tövrat" kitabı ələ keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ceyran dərisi üzərində yazılmış kitab 2,5 milyon dollar dəyərində qiymətləndirilib.

Dini əsər satılmaq üzrə olarkən ələ keçirilib.

Faktla bağlı bir nəfər saxlanılıb.

Milli.Az