Qorxunc film reallaşa bilər - Edam cəzasının alternativi tapıldı

27 Yanvar 2020 18:14

Günümüzdə edam cəzasının mübahisə mövzusu olduğu vaxtda elm adamları alternativ cəza üsullarının tətbiqi barədə danışıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu cəza üsullarından biri kimi "Qara Ayna" ("Black Mirror") serialından nümunə göstərilib.

Serialın bir səhnəsində cinayətkarlara zehni olaraq gerçəkdə yaşadıqlarından daha uzun müddət yaşama hissi verən texnologiya ilə cəza tətbiq olunub. Nəticədə məhkumlar bir saatı bir ay kimi yaşayıb. Bu metod əsasən dəhşətli cinayət törədənlərə qarşı işə salınıb.

Məşhur filosof Rebeka Rouç dərmanların insan beynini aldadacağını və zamanın daha sürətli keçdiyini hiss etdirə biləcəyini deyib.

R.Rouç açıqlamasında bildirib ki, "günahkarlara 1000 il həbs cəzası çəkirmiş kimi hiss etdirən bir dərman, ya da mayenin olduğunu xəyal edə bilərsiniz. Sürətlənmə faktoru bir milyon olsa, səkkiz saat içində min illik düşüncə reallaşa bilər".

Milli.Az