Əməkdar artist Meksikada yoxa çıxdı

27 Yanvar 2020 17:45

63 yaşlı əməkdar artist Natalya Andreyçenko Meksikada yoxa çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, aktrisaya artıq bir sutkadan artıqdır zəng çatmadığı bildirilib.

Qeyd olunur ki, şənbə günü saat 3-də aktrisa rəfiqəsigildə qonaq olub. Özünü pis etdiyi üçün oradan çıxıb və bundan sonra onunla əlaqə kəsilib.

Milli.Az