Monqolustan Çinlə sərhədi bağladı

27 Yanvar 2020 16:39

Monqolustan hökuməti geniş yayılmaqda olan koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərhəd qeyri-müəyyən müddətə bağlı qalacaq.

Bundan başqa, hökumətin bugünkü iclasında ölkə ərazisində məktəb və universitetlərdə dərslərin dayandırılması qərara alınıb. Təhsil mərkəzləri martın 2-dək bağlı qalacaq.

Hökumət, həmçinin vətəndaşları kütləvi mitinqlərə toplaşmamağa çağırıb.

Milli.Az