"Barselona"nın futbolçusu İtaliyaya keçir

27 Yanvar 2020 16:28

"Roma" "Barselona"nın futbolçusunu heyətinə qatmağa yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "canavarlar" Karles Peresin keçidini tamamlamağa hazırlaşır. "Roma" 21 yaşlı futbolçunu mövsümün sonunda birdəfəlik heyətinə qatmaq şərti ilə icarəyə götürəcək. Paytaxt klubu bu keçid üçün "Barselona"ya 13 milyon avro təzminat ödəyəcək.

"Barselona"nın yetirməsi olan ispan futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi 13 oyunda 3 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Milli.Az