Xalq artistinin səhhətində problem yaranıb

27 Yanvar 2020 15:44

Xalq artisti Zaur Rzayevin ayağı sınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hər şey daxil" proqramında məlumat verilib.

Verilişin aparıcısı Tarix Əliyev qeyd edib ki, müğənninin efirdə qonaq olacağı planlaşdırılsa da, onun ayağı sınıb.

Həmçinin qeyd olunub ki, sabah, yəni 28 yanvar tarixində Z. Rzayevin 68 yaşı tamam olacaq.

Milli.Az