Orxan Pamukun İstanbulu Barselonada

16 Aprel 2010 19:28
"Pamukla İstanbul" adlı sərgidə iştirak edənlər sərginin əhəmiyyətindən, Orxan Pamukun İspaniyada oxunan yazar olmasından danışıblar.

Orxan Pamukun "İstanbul. Xatirələr və Şəhər" adlı kitabında, uşaqlığı və gəncliyindəki İstanbula aid qara-ağ fotoşəkillərin nümayiş edildiyi sərgidə yazıçı barədə 9 dəqiqəlik film də göstərilib.

Sərgidə dünyaca məşhur türk fotoqrafı Ara Gülərə aid olan Nişantaşı, Cihangir, Beyazit kimi İstanbulun maraqlı yerləriylə yanaşı, Boğaz və Ayasofya kimi tarixi yerlərə aid olan fotoşəkillər də nümayiş etdirilib.

14 apreldə açılan səgri iyulun 31-dək davam edəcək.

/Kultaz.com/