Qafqaz Şərab Günü təsis ediləcək

27 Yanvar 2020 14:55

Qafqaz Şərab Günü təsis olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Iter Vitis" Mədəni Marşrutu üzrə nümayəndəsi Emanuel Panke Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradılması ilə bağlı təşkil olunan tədbirdə deyib.

E.Panke bildirib ki, artıq bu barədə razılıq əldə olunub və noyabrda ilk dəfə olaraq Qafqaz Şərab Günü keçiriləcək.

Milli.Az