Rusiyada sərnişin təyyarəsi bomba təhlükəsinə görə məcburi eniş edib

27 Yanvar 2020 14:33

"Aeroflot" aviaşirkətinə məxsus Xabarovsk-Moskva sərnişin təyyarəsi bomba təhlükəsi ilə bağlı məcburi eniş edib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda təyyarəyə baxış keçirilir.

Təyyarədə 262 sərnişin və 10 nəfər ekipaj üzvü var.

Milli.Az