Hazırda parlament seçkilərində mübarizə aparan namizədlərin SAYI açıqlandı

27 Yanvar 2020 11:27

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1374 namizəd mübarizə aparır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir.

Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.

Milli.Az