CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,83 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel azdır.
Milli.Az