Qurdun yeni sevgilisi ilə görüntüləri - FOTO

27 Yanvar 2020 15:05

Reper Qurd (Fərid Eminov) sosial şəbəkədə yeni sevgi münasibətinə başladığını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının sevgilisi isə Leyla Namazzadə adlı piano müəllimidir.

Qurd Leyla ilə fotolarını İnstaqram-da paylaşaraq "Sevgi elə bir hissdir ki, bu hissdə heç bir sərhəd yoxdur" sözlərini yazıb.

Qeyd edək ki, sənətçi bir dəfə evli olub və boşanıb. Onun bu evlilikdən iki oğlu dünyaya gəlib.

Milli.Az