Ölümcül virusun mikroskopik görüntüləri yayıldı - FOTO

27 Yanvar 2020 22:28

Çində getdikcə daha da yayılan koronavirusun mikroskopla çəkilmiş görüntüləri yayılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, foto Çin Xəstəlikləri Nəzarət və Qarşısınıalma Mərkəzinin veb saytına yerləşdirilib. Mərkəzdən verilən məlumata əsasən, sürətlə yayılan virusu nəzarət altına almaq üçün onun mikroskopik görüntüsünü yayımlayıblar.

Qeyd edək ki, korona virusu artıq Avropa ölkələrində də qeydə alınıb. Belə ki, Fransada 3 nəfərdə virus aşkarlanaraq karantinə götürülüb.

Milli.Az