Əfqanıstanda toyda bir neçə qumbara partladıldı: xəsarət alanlar var

26 Yanvar 2020 16:30

Əfqanıstanın Host əyalətində toy mərasimi zamanı bir neçə əl qumbarası partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident nəticəsində azı 20 nəfər xəsarət alıb.

Bildirilir ki, qumbaralar naməlum silahlı tərəfindən atılıb. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.

Milli.Az