Qudalar qoşulub qaçdı - Toy təxirə düşdü

26 Yanvar 2020 16:00

Hindistanın Qujarat ştatında maraqlı hadisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, övladlarının toyundan bir ay əvvəl qudalar bir-birinə qoşularaq qaçıblar.

Gənclərin bir-birini çox sevməsinə rəğmən ata və analarının bu addımı atması toylarının təxirə düşməsinə səbəb olub.

Məlum olub ki, oğlanın atası və qızın anası illər əvvəl sevgili olublar. Lakin oğlan kasıb, qız isə varlı ailədən olduğu üçün münasibətlərini rəsmiləşdirə bilməyiblər. Qızı ailəsi başqasına ərə verib.

İllər sonra yenidən rastlaşan cütlük bu dəfə ömürlərinin sonunadək birlikdə olmaq qərarına gəliblər və avtobusa minərək ştatı tərk ediblər.

Qeyd edək ki, analoji hal bir müüdət əvvəl Azərbaycanda da yaşanmışdı.

Milli.Az