"Sivasspor"da yeni transfer

26 Yanvar 2020 15:50

Türkiyə Superliqasının lideri "Sivasspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Sivas təmsilçisi braziliyalı yarımmüdafiəçi Klaudemir Dominges de Suozanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

"San Karlos"un yetirməsi olan Klaudemir karyerası ərzində "Vitess", "Kopenhagen", "Brugge", "Əl-Əhli" kimi klubların formasını geyinib.

Onun sonuncu komandası isə 2018-ci ildən oynadığı "Braqa" olub.

Milli.Az