"Barselona"nın yetirməsi "Leipzig"də - RƏSMİ

26 Yanvar 2020 13:05

"Dinamo Zagreb"in hücumameylli yarımmüdafiəçisi Daniel Olmo bundan sonra "Leipzig"in uğurları üçün çalışacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya klubu İspaniya millisinə yenicə dəvət alan 22 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlayıb.

Yeni klubunda 25 nömrəli futbolkada çıxış edəcək Olmonun "öküzlər"lə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. Pireneylinin keçidi almanlara bonusla birlikdə 35 milyon avroya başa gəlib.

Olmo İspaniya nəhəngi "Barselona"nın yetirməsi olsa da, Kataloniya klubunda 1 görüş keçirməyib.

Milli.Az