"Mançester Siti"dən "Lids Yunayted"ə

26 Yanvar 2020 12:01

"Lids Yunayted" heyətini yeni futbolçuyla gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Mançester Siti"dən İan Povedanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçuyla müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Poveda bu mövsüm "Mançester Siti"nin əsas komandası ilə bir oyuna çıxıb.

Milli.Az