Sezen Aksu onunla oxumaqdan imtina etdi

26 Yanvar 2020 11:39

Bir müddət əvvəl türkiyəli müğənnilər Yıldız Tilbe ilə Sezen Aksunun duet ifa edəcəkləri iddia olunmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Y.Tilbe belə bir layihənin olmayacağını açıqlayıb:

"Sezen Aksunun vaxtı yoxdur. O, "bu işi etmək istəmirəm, artıq bezdim" dedi. Mən də heç kimlə duet ərsəyə gətirməyi düşünmürəm. Hazırda aparıcı kimi fəaliyyət göstərmək istəyirəm".

Milli.Az