Bryus Uillisin filmində gözlənilməz faciə baş verib

25 Noyabr 2011 10:50
Milli.Az xəbər portalı bildirir ki, "Paramount Pictures" kinostudiyasının çəkdiyi "'G.I. Joe 2: Retaliation'' filminin ABŞ-ın Yeni Orlean şəhərində aparılan çəkilişləri zamanı iri texniki platformanın aşması nəticəsində Mayk Huber adlı işçi həlak olub.

"Dünyasını dəyişmiş Huberin ailəsinə dərin hüznlə başsağlığı verir və bildiririk ki, əməkdaşlarımızın təhlükəsizliyinin təminatına çox böyük diqqət veririk. Bu gözlənilməz qəza ilə bağlı təhqiqata başlanıb və polislə tam əməkdaşlıq edirik", - "Paramount Pictures"in açıqlamasında deyilir.

Kinorejissor Con Çunun çəkdiyi və gələn ilin yayında nümayişi gözlənilən "'G.I. Joe 2: Retaliation'' filmində Bryus Uillislə yanaşı, Çanin Tatum və Dueyn Conson da oynayır.

Milli.Az