“Artıq Naxçıvandayıq, bütün xərcləri dövlətimiz qarşılayır”

26 Yanvar 2020 11:11

Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb. 

Milli.Az bildirir ki, bu haqda azxeber.com-a Elazığ tələbə birliyi başqanı Nail Babayev deyib. 
O deyib ki, tələbələr hazırda Naxçıvandadır və bütün xərcləri ödənilib: "Dövlətimizə təşəkkür edirik. Yol və yemək xərclərimiz qarşılanıb. 

Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.

Milli.Az