Ərdoğan: "Zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb"

26 Yanvar 2020 10:49

İndiyənə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "İndiyənə qədər zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1607 nəfər isə xəsarət alıb. Lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb. Dövlət vətəndaşlara hər cür kömək göstərir".

Onun sözlərinə görə, 45 nəfər dağıntılar altından xilas edilib: "Zəlzələ nəticəsində dağılan və zərər görən evlərə dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər bitdikdən sonra bərpa işləri başlayacaq. Hazırda 3 nazirimiz, millət vəkillərimiz oradadır. Onlar komandaları ilə birlikdə dəyən ziyanın qiymətləndirmə işlərini davam etdirirlər".

Milli.Az