Türkiyədə 2 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb

26 Yanvar 2020 09:22

Türkiyənin şərqində qeydə alınmış güclü zəlzələ nəticəsində meydana gələn dağıntıların altından iki yaş yarımlıq qız uşağı 24 saatdan sonra sağ çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bildirilir ki, uşaq anası ilə birgə Elazığ şəhərində dağılan evin altında qalıb. Qızcığaz çıxarıldıqdan bir neçə saat sonra anası da xilas edilib. Xilasedicilər qadının səsini eşidərək əlaqə qurublar.

Ana ilə bala hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Milli.Az